
Azəri Xəbər
2 abunə
I sinfə əlavə qəbul prosesi bu gün yekunlaşır
15.10.2025 08:37
7 baxış sayı
1 dəq. oxuma

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların əlavə qəbul prosesi bu gün başa çatır.
Bu barədə məlumat Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilib.
Valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-a qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini həyata keçirə bilərlər. Qeyd olunan müddətədək övladları üçün portaldan sorğu yerləşdirən valideynlər, müvafiq sənədlərlə birgə məktəbə yaxınlaşaraq qəbul prosesini tamamlaya bilərlər.
Qeyd edək ki, cari tədris ilinin əsas mərhələsində I sinfə ümumilikdə 130 mindən çox uşaq qəbul olunub.
Oxşar xəbərlər

136 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan...
Son Xeberler
534
12/06 11:43

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəy...
Edumap.az Təhsil Portalı
155
25/11 17:39

43 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan k...
Son Xeberler
570
12/06 06:55

Valideynlərin nəzərinə -Mayın 1-dən başlanılır
Bugun.az
80
28/04 10:25

I sinifə elektron qəbul prosesi yenidən aktivləşdi...
Bugun.az
13
08/10 09:25

17 iyundan bu məktəblərə qəbul başlayır
Bugun.az
46
13/06 11:25