
I sinifə elektron qəbul prosesi yenidən aktivləşdirildi

2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb
I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr saat 15:00-dan 15 oktyabr saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq.
Qeyd edilən tarixə qədər övladları üçün mektebeqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.
Oxşar xəbərlər

136 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan...
Son Xeberler

Magistaturaya qəbul olanların sənəd qəbulu başladı
Bugun.az

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Son Xeberler

Tələbələrin nəzərinə!
Son Xeberler

Təhsillə bağlı VACİB QƏRAR: Bu tarixdən dayandırıl...
Son Xeberler

Valideynlər üçün vacib xəbər: Elektron Yerdəyişmə...
Bugun.az