
İctimai şura üzvləri Ədliyyə Nazirliyinin qurumlarında olublar

Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri nazirliyin fəaliyyəti ilə yaxından tanış olmaq və ictimai nəzarətin səmərəliliyini artırmaq məqsədilə iki əsas qurumda - Notariat, Qeydiyyat və Reyestr baş idarəsində (NQRBİ) və Məhkəmə Ekspertizası Mərkəzində (MEM) olublar. NQRBİ-də keçirilən görüşdə baş idarənin rəisi Elşad Məmmədli qurumun işləri barədə ətraflı məlumat verib. O, notariat fəaliyyətini, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, eləcə də qeyri-kommersiya qurumlarının qeydiyyatı və reyestrinin aparılması istiqamətlərində görülən işlərdən danışıb. Baş idarə rəisi göstərilən xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsallaşmanın və şəffaflığın təmin olunması üçün müasir həllərin tətbiqinin davam etdirildiyini bildirib.
Daha sonra şura üzvləri Məhkəmə Ekspertizası Mərkəzində (MEM) olublar. Mərkəzin rəisi Elşən Albəndov qonaqlara müəssisədə həyata keçirilən fərqli növ ekspertizalar barədə geniş məlumat verib. O, beynəlxalq təcrübəyə uyğun iş mexanizmlərindən və tətbiq olunan müasir texnoloji imkanlardan bəhs edib. Görüş zamanı ekspertiza prosesi, bu məqsədlə istifadə edilən avadanlıqlar və elmi-metodik əsaslarla həyata keçirilən tədqiqat mərhələləri İctimai şuraya nümayiş etdirilib. Üzvlər qurumların iş prinsipləri haqqında birbaşa məlumat almaq imkanı qazanıblar.
İctimai şura üzvləri hər iki qurumun fəaliyyətini müsbət qiymətləndiriblər. Onlar şəffaflığın, yeni texnologiyaların tətbiqinin və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində görülən işləri yüksək dəyərləndiriblər. Görüşlərin sonunda şura üzvləri fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı öz fikir və təkliflərini çatdırıblar.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ədliyyə Nazirliyinin İşçilərinin Maaşları Artırıld...
Bugun.az

Azərbaycanın tanınmış generalının oğlu yüksək vəzi...
Xəbər Anı

Ədliyyə Nazirliyindən Xankəndi
Son Xeberler

Azərbaycanda bu kanala xəbərdarlıq edilib
Azəri Xəbər

Bu şəxslərlərə yüksək vəzifələr verildi
Ən Son Xəbərlər

Təhsil naziri sabahkı brifinqin anonsunu etdi
Son Xeberler



