İki “Oskar” laureatı süni intellekti səsləndirəcək

12.11.2025 07:45 4 baxış sayı 2 dəq. oxuma Trend
İki “Oskar” laureatı süni intellekti səsləndirəcək

Süni intellekt (Sİ) tətbiqlərində məşhur Hollivud ulduzlarının səsini eşitmək artıq adi hala çevrilə bilər. Ən böyük Sİ tərtibatçılarından biri olan ElevenLabs şirkəti bu yaxınlarda iki “Oskar” mükafatçısı ilə razılaşma imzalayıb. Şirkət pullu tətbiqlərində botları səsləndirmək üçün Metyu Makkonahi və Maykl Keynin lisenziyalı sintentik səslərindən istifadə edəcək. Bu müqavilə Makkonahi və Keyn ilə bağlandı və onların səsləri rəsmi şəkildə Sİ sistemlərinə daxil edildi.


ElevenLabs eyni zamanda San-Fransiskoda “Iconic Voice Marketplace” adlı yeni bir platformanı işə salıb. Bu bazar yeri brendlərə və yaradıcılara tanınmış və ya tarixi şəxslərin səslərindən istifadə etmək şansı verir. İstifadənin əsas şərtləri etik qaydalara uyğunluq və lisenziyanın olmasıdır. Platforma Sİ səs texnologiyalarının kommersiya məqsədləri üçün məsuliyyətli istifadəsini təmin etmək məqsədi daşıyır.


Şirkət bu təşəbbüslə Sİ əsaslı səs texnologiyalarının məsuliyyətli istifadəsi üçün yeni standartlar qoymağı planlaşdırır. Məqsəd, açıq razılıq, şəffaflıq və bütün hüquq sahiblərinə ədalətli ödəniş prinsiplərinin təmin edilməsidir. Beləliklə, məşhur səslərin süni intellektdə istifadəsi qanuni və şəffaf bir çərçivəyə salınır. Bu addım səs hüquqları ilə bağlı yaranan suallara cavab verməyə çalışır.


Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: