İlham Əliyev: Biz gənc nəsli vətənpərvərlik, Vətənə sevgi ruhunda tərbiyə etmişik

08.11.2025 12:26 5 baxış sayı 1 dəq. oxuma Report
İlham Əliyev: Biz gənc nəsli vətənpərvərlik, Vətənə sevgi ruhunda tərbiyə etmişik

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxış edib.


Prezident çıxışı zamanı ölkənin uğurunda mühüm rol oynayan amillərdən danışıb. O vurğulayıb ki, vətəndaş həmrəyliyi, vətəndaş birliyi, eyni zamanda xalqın iqtidarla birliyi əsas şərtlərdən biridir.


Dövlət başçısı gənc nəslin yetişdirilməsi məsələsinə xüsusi diqqət yetirib. O bildirib ki, biz gənc nəsli vətənpərvərlik və Vətənə sevgi ruhunda tərbiyə etmişik. Prezident qeyd edib ki, məhz bu ruh sayəsində gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına getdilər. Onlar bununla da tarixi torpaqlarımızı işğalçılardan azad etməyə nail oldular.


Prezident Əliyevin sözlərinə görə, mənəvi keyfiyyətlərimiz və vətənpərvərlik hisslərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: