Bugun.az
Bugun.az

25.10.2024 15:25

5 abunə

6

Abşeronda "Atadan Oğula: Böyük Zəfər Yolu" Kitabının Təqdimatı Keçirildi

Abşeronda "Atadan Oğula: Böyük Zəfər Yolu" Kitabının Təqdimatı Keçirildi

Abşeron rayonunda "Atadan Oğula: Böyük Zəfər Yolu" kitabı təqdimatı keçirilib.


Təqdimat mərasimində Abşeron Rayon İcra Hakimiyyəti rəhbərliyi, millət vəkilləri, ictimai fəallar və ziyalılar iştirak ediblər. "Atadan Oğula: Böyük Zəfər Yolu" kitabı Ulu Öndər Heydər Əliyevin siyasi kursu, milli vətənpərvərlik ruhu və 44 günlük Vətən müharibəsində qazanılan qələbəyə həsr olunub.


Kitabın ideya müəllifi və tərtibçisi Zamin Zeynal bildirib ki, bu kitab Ulu Öndər Heydər Əliyevin əsas qoyduğu dövlətçilik strategiyası və bu gün onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kursun uğurlarından danışır.


O, həmçinin Qarabağ torpaqlarının işğaldan azad olunmasını, düşmənə qalib gəldiyimiz tarixi qələbəni xatırladaraq kitabın Azərbaycan xalqının qəhrəmanlığını və zəfər ruhunun təbliğində mühüm rol oynayacağını vurğulayıb.


Təqdimat mərasimi müstəqil Azərbaycanın inkişafı, Vətən müharibəsindəki qələbə və bu qələbənin gələcək nəsillərə ötürülməsi üçün millət vətənpərvərlik ruhunda keçib.