"COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı keçirildi
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı keçirilib.
Metbuat.az xəbər verir ki, “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin Azərbaycan və rus dillərində pilot şəklində hazırladığı iqlim dəyişmələri haqqında metodik vəsaitin hazırda ingilis dili versiyası üzərində işlər gedir.
Hər üç dildə onlayn olaraq yayımlanacaq metodik vəsait bu sahədə məlumat əldə etmək istəyən hər kəs üçün əlçatan olacaq.
Kitabın ilk 28 bölməsini “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin mütəxəssisləri hazırlayıblar.
Yekun 29-cu dərs isə COP29 Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova tərəfindən oxuculara tövsiyələr şəklində tamamlanıb.
Kitabın ideya müəllifi və baş redaktoru “EkoSfera” SEM-in rəhbəri Firuzə Sultan-zadədir.
Oxşar xəbərlər
İslamabadda COP29-a Hazırlıq Panel Müzakirəsi Keçi...
Bugun.az
COP29-a Hazırlıq Üçün FHN-də Müşavirə Keçirildi
Son Xeberler
Azərbaycan BMT ilə İqlim Dəyişikliyi üzrə Əməkdaşl...
Bugun.az
Rayon qeydiyyatlı maşınlar üçün COP29-da məhdudiyy...
Bugun.az
Avropa İttifaqının Səfiri Peter Mixalko COP29 Konf...
Bugun.az
Burada iqlim probleminin öhdəsindən gəlmək mümkünd...
Bugun.az