
İlin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq
İlin bitməsinə az qalmış səmada iki böyük Super Ay hadisəsi baş verəcək. Bu təbiət hadisələri noyabrın 5-i və dekabrın 4-ü müşahidə ediləcək. Bu hadisə Ay öz orbitində Yerə ən yaxın nöqtədə (perigeydə) olduğu zaman Tam (dolu) Ay fazasına təsadüf edir.
Super Ay adlanması üçün perigey məsafəsi 360,000 km-dən kiçik olmalıdır. Ay Yerə bu qədər yaxınlaşanda adi tam Aydan 7–14% böyük, həmçinin 15–30% parlaq görünür. Məsələn, qarşıdan gələn tarixlərdə Ay adi tam Aydan təxminən 8% böyük və 16% parlaq olacaq. Noyabrın 5-də Ayın Yerdən məsafəsi 356,832 km, dekabrın 4-də isə 356,961 km təşkil edəcək.
Tarixi qeydlərə görə, Ayın Yerə ən maksimal yaxınlaşması 1912-ci il yanvarın 4-də baş verib, o zaman məsafə 356,375 km olub. Gələcəkdə növbəti maksimal yaxınlaşma ilə Super Ay hadisəsi 2034-cü il noyabrın 25-də (356,447 km) gözlənilir. İnsanlar üçün bu hadisələrin heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu təsir adi haldan 3–5 sm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.
Ailə, uşaq tərbiyəsi və valideynlik mövzularında yazıram. Özüm də 2 uşaq anasıyam, bu təcrübə işimdə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Bu gün Super Ay hadisəsi müşahidə olunur
Azəri Xəbər

İlin Ən Böyük Super Ayı: Parlaq Göstəri Çərşənbə G...
Son Xeberler

5 Noyabrda müşahidə ediləcək 2025-ci ilin ən böyük...
Son Xeberler
Yaponiyada Nadir Göy Hadisəsi: "Super Ay"ın Heyrət...
Son Xeberler

Apple 2026-cı ildə ağıllı eynək təqdim edəcək!
Texnologiya xəbərləri

Nvidia RTX 50 Seriyasına "SUPER" Modellər Əlavə Ed...
Texnologiya xəbərləri



