
KİV: BBC Trampın seçki öncəsi çıxışını saxtalaşdırıb
                            
                        Britaniya Yayım Korporasiyası (BBC) ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da tərəfdarlarının Kapitoliyə hücum etməsindən əvvəl etdiyi çıxışı saxtalaşdırmaqda ittiham olunur. Bu iddia "Daily Telegraph" qəzetinin anonim mənbədən əldə etdiyi 19 səhifəlik sənədə əsaslanır. Həmin sənəd korporasiyanın idarə heyətinin üzvlərinə göndərilib. İttiham BBC-nin ötən ilin oktyabrında, ABŞ prezident seçkiləri ərəfəsində yayımladığı bir saatlıq "Panorama" proqramı ilə bağlıdır.
Qəzetin yazdığına görə, proqramda Trampın çıxışı elə redaktə edilib ki, o, sanki tərəfdarlarını Konqres binasını zəbt etməyə çağırmışdı. BBC-nin montaj etdiyi videoda Trampın belə dediyi göstərilirdi: "Biz Kapitoliyə gedəcəyik, mən də sizinlə olacağam və döyüşəcəyik. Biz sərt mübarizə aparacağıq, çünki sən çox vuruşmasan, daha ölkən olmayacaq." Lakin sənəd göstərir ki, bu ifadə iki fərqli hissədən ibarət idi və çıxışın müxtəlif vaxtlarında səsləndirilmişdi. Çıxışın 15-ci dəqiqəsində Tramp tərəfdarlarına belə müraciət etmişdi: "Biz Kapitoliyə gedəcəyik və cəsur senatorlarımızı və konqresmenlərimizi dəstəkləyəcəyik. Bilirəm ki, buradakı hər kəs tezliklə öz səsini dinc və vətənpərvər şəkildə eşitmək üçün Kapitolinin binasına doğru yürüş edəcək." "Ciddi mübarizə aparmaq lazım olduğu" barədə ifadə isə bundan 54 dəqiqə sonra deyilmişdi.
Montaj edilmiş videodan dərhal sonra BBC Konqres binasına doğru gedən insanların görüntülərini nümayiş etdirdi. Bu, tamaşaçılarda onların Ağ Ev rəhbərinin çağırışına əməl etdikləri təəssüratını yaratdı. Lakin həmin görüntülər əslində Tramp Vaşinqtonda minlərlə tərəfdarının mitinqinə başlamazdan əvvəl çəkilmişdi. Bu sənədi iyun ayına qədər üç il ərzində BBC-nin redaksiya siyasəti və standartlar komitəsində müstəqil məsləhətçi vəzifəsində çalışmış keçmiş jurnalist Maykl Preskott hazırlayıb. O, korporasiyanın qərəzsizlik prinsipini pozduğunu qeyd edir və rəhbərliyi bu məsələləri həll etmək istəməməkdə günahlandırır. "The Daily Telegraph" bildirir ki, Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri arasında yayılan bu sənəd korporasiya üçün ciddi nəticələrə səbəb ola bilər. BBC isə sızma nəticəsində dərc edilən materialları şərh etmədiyini açıqlayıb.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Seçkilərin vaxtı açıqlandı
Xəbər Anı
                                                                ABŞ-ın sabiq müşaviri Stiv Bannon: Tramp 2028-ci i...
Son Xeberler

Azad edilmiş ərazilərdəki seçki məntəqələri tam bə...
Bugun.az

Soylunun Trampın qələbəsindən sonra diqqət çəkən p...
Son Xeberler

Gürcüstanda Parlament Seçkilərində Seçici Fəallığı...
KIBRIT MEDIA

Naxçıvan MSK-nın sədri seçildi
Bugun.az
                                        


