
Lənkəranda kütləvi dava olub, iki nəfər xəsarət alıb

Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədib, nəticədə iki nəfər döyülərək xəsarət alıb. Hadisə oktyabrın 28-də gecə saatlarında baş verib. Hirkan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran sakini, 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə mindirib və onu Sütəmurdov kəndinə aparıb. Münaqişənin şəxsi zəmin üzərində yarandığı bildirilir.
Sütəmurdov kəndində A. Şükürzadə dostları- 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C. Şirməmmədovu ağır şəkildə döyərək ona xəsarətlər yetirib. Hadisə yerinə daha sonra C. Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu gəlib. O da A. Şükürzadə tərəfindən hücuma məruz qalıb və döyülüb. Hər iki şəxs kütləvi dava nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata görə, dava törədən şəxslər hadisə zamanı sərxoş vəziyyətdə olublar.
Hadisədən sonra polis əməkdaşları tərəfindən dərhal tədbirlər görülüb. Şübhəli şəxslər- A. Şükürzadə, E. Məmmədov və E. Quluzadə saxlanılıb. Qeyd etmək lazımdır ki, saxlanılan bu şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda hadisə ilə bağlı zəruri araşdırmalar davam etdirilir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Lənkəranda baş verən kütləvi davada
melumat.tv

Tovuzda kütləvi dava - bıçaqlanan var
Son Xeberler

Goranboyda kafedə kütləvi dava olub, xəsarət alanl...
Azəri Xəbər

Abşeronda kütləvi dava:
Son Xeberler

Lənkəranda iki avtomobil toqquşdu, xəsarət alan va...
Son Xeberler

Goranboyda kafedə kütləvi dava olub, 3 nəfər bıçaq...
Azəri Xəbər



