
Milli Məclisin sədri Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir (FOTO)

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası çərçivəsində Liderlər Sammitində iştirak edir. O, Braziliya Federativ Respublikasının Belem şəhərində işgüzar səfərdədir.
Bu beynəlxalq tədbirdə Azərbaycanı məhz Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Sammitin açılış mərasimindən əvvəl Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Vieyra Mavi Zonada Azərbaycan parlamentinin spikerini salamlayıb.
Daha sonra COP30-un Liderlər Sammitinin açılış mərasimi keçirilib. Mərasimdə Braziliya Prezidenti Luis İnasio Lula da Silva, BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra digər ölkələrin prezidentləri və baş nazirləri çıxış etdilər. COP30-da dövlət və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iqlim dəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirə etmək üçün bir araya gəlirlər.
Qeyd edilir ki, Azərbaycan parlamenti spikerinin Sammitdə çıxışı da nəzərdə tutulur.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Misirə səfər...
Azəri Xəbər

Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya...
Azəri Xəbər

Sahibə Qafarova COP30 sammitində iştirak edir
Bugun.az

Spiker Papanın dəfnində iştirak etdi -FOTOLAR
Bugun.az

Sahibə Qafarova Misirə getdi
Bugun.az

Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar s...
Bugun.az



