Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib

22.10.2025 13:43 9 baxış sayı 2 dəq. oxuma APA
Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Həmidov Şükür Nəriman oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində baş tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə Nazirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, həmçinin döyüş yoldaşları iştirak ediblər.


Mərasimin əvvəlində ölkəmizin Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan bütün qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər şəhidimizin şərəfli həyat yolundan danışaraq onun döyüşlərdə göstərdiyi şücaətləri və qəhrəmanlığı yüksək qiymətləndiriblər.


Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Ailə üzvləri həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə də xüsusi təşəkkürlərini çatdırıblar.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: