NATO baş katibi Mark Rütte Türkiyəyə başsağlığı verib

11.11.2025 20:45 6 baxış sayı 1 dəq. oxuma Trend
NATO baş katibi Mark Rütte Türkiyəyə başsağlığı verib

NATO-nun baş katibi Mark Rütte Türkiyədə baş vermiş hərbi təyyarə qəzası nəticəsində şəhid olan hərbçilərlə əlaqədar Türkiyəyə başsağlığı verib.


Baş katib bu kədərli hadisə ilə bağlı özünün "X" sosial media hesabında paylaşım edib. O, bu faciəvi qəza nəticəsində həyatını itirənlərin ailələrinə ən dərin hüznlə başsağlığı çatdırdığını bildirib.


Mark Rütte qeyd edib: “Müttəfiqimiz Türkiyəyə və bu gün hərbi təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə ən dərin hüznlə başsağlığı veririk. Onların xidmətlərini böyük ehtiramla yad edirik. Biz Türkiyə Silahlı Qüvvələrinin və bütövlükdə Alyans daxilindəki bütün uniforma geyinmiş hərbçilərin bizim təhlükəsizliyimiz üçün hər gün göstərdikləri fədakar fəaliyyətə görə dərin minnətdarlığımızı bildiririk.”


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: