
Qərbi Azərbaycan Xronikası: Hansı ərazilər Azərbaycana təhvil veriləcək
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Report-un xəbərinə görə, Türkiyə mediasında yayılan bu məlumat böyük diqqət çəkib. "Türkiyə mediası: Qafandan Naxçıvana qədər xətt Azərbaycana qaytarılır!" başlığı ilə yayılan süjetdə Ermənistanın Zəngəzur (Sünik) bölgəsində ərazi təhvil verəcəyi iddia edilir.
Məlumatda bildirilir ki, Ermənistan təqribən 1200 kvadratkilometr ərazini Azərbaycana verəcək. Bu addım "böyük regional normallaşma anlaşması" planının bir hissəsi kimi hazırlanır. Türkiyə mediasında yayılan bu iddia Ermənistanda böyük səs-küyə səbəb olub, sanki bomba effekti yaradıb. Erməni ekspertlər Bakı və İrəvan arasında pərdəarxası razılaşmaların mövcud olduğuna inanırlar. Bu razılaşmalara görə, Zəngəzur dəhlizinin keçəcəyi ərazilər Azərbaycanın nəzarətində olacaq. Plana əsasən, Zəngəzur bölgəsində Qafan şəhərindən Naxçıvana qədər uzanan xətdəki **1200 kvadratkilometr ərazi** rəsmən Azərbaycana veriləcək. Bundan əlavə, Əlican sərhəd-keçid məntəqəsi ilə Marqara keçid məntəqəsi yaxınlığında kiçik bir sahə **"təhlükəsizlik bölgəsi"** kimi Türkiyənin idarəetməsinə keçəcək. Azərbaycan tərəfinin Zəngəzur dəhlizinin xəritəsini hazırlaması və yerlərin tarixi adlarla qeyd olunması İrəvanda ciddi narahatlıq doğurub.
Qərbi Azərbaycan Xronikası layihəsinin əsas məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması və tanıdılmasıdır. Layihə həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması faktlarını işıqlandırır. Bu iş çərçivəsində həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlər üzə çıxarılır. Layihə saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələrini – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala qalıqları, karvansaralar, körpülər, məbəd, kilsə, məscid və ocaqları aşkar edir. Ən vacib məqsəd isə həmin ərazinin təmiz **oğuz-türk məskənləri** olduğunu təsdiq edən faktları dünya ictimaiyyətinə çatdırmaqdır.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ermənilər bu kəndi də Azərbaycana QAYTARIR
Son Xeberler

Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil ve...
Son Xeberler

Dövlət başçısı Qərbi Azərbaycan məsələsindən danış...
Bugun.az

Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı...
Azəri Xəbər

Bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçdi...
Son Xeberler

İrandan Azərbaycana qarşı növbətiTƏXRİBAT
Bugun.az



