
Ramiz Rzayev: Demokratik cəmiyyətin əsas təməllərindən biri hüquqi dövlətdir

Hakimiyyət bölgüsü prinsipinin həyata keçirilməsi və hakimiyyət qolları arasında əlaqələrin səmərəli təşkili hüquqi dövlətin vacib tələblərindən biridir.
Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş beynəlxalq konfransda çıxış edib.
“Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən konfransda Rzayev demokratik cəmiyyətin əsas təməllərindən birinin hüquqi dövlət olduğunu vurğulayıb.
O bildirib ki, hüquqi dövlət quruculuğunda hakimiyyətlərin bölgüsü prinsipinin həyata keçirilməsi əsas şərtdir:
"Şarl Monteskye özünün məşhur “Qanunların ruhu” əsərində qeyd etdiyi kimi, məhkəmə hakimiyyəti qanunvericilik və icra hakimiyyətlərindən ayrılmadığı təqdirdə, heç bir azadlıqdan söz gedə bilməz."
R. Rzayev əlavə edib ki, müasir konstitusion quruluşun fundamental əsaslarından biri dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına ayrılmasıdır. Bu amil hakimiyyətin təmərküzləşməsinin və ondan sui-istifadənin qarşısını almaq üçün zəruri şərtdir.
Bu bölgü eyni zamanda insan və vətəndaş hüquq və azadlıqlarının, qanunun aliliyinin və demokratiyanın təminatına xidmət edir. Hakimiyyət bölgüsünü təmin edən əsas element isə hər bir hakimiyyət qolunun malik olduğu səlahiyyətlərdir. Məhz müxtəlif hakimiyyət orqanlarına məxsus səlahiyyətlərin bir-birinə olan münasibətindən asılı olaraq hakimiyyət bölgüsünün nə dərəcədə düzgün və möhkəm olduğunu müəyyən etmək mümkündür.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi
Bugun.az

Həbs edilən başçı Mehdiyevlə qonşu imiş - FOTO
Bugun.az

Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizl...
Azəri Xəbər

Balakənin sabiq icra başçısı barəsində həbs qətimk...
Azəri Xəbər

Prezidentdən Ramiz Mehdiyevlə bağlı QƏRAR
Bugun.az

Bu icra başçısı özünə müavin axtarır
Bugun.az



