"Real"ın futbolçusu millimizə qarşı oynamayacaq

14.11.2025 09:25 3 baxış sayı 2 dəq. oxuma Trend
"Real"ın futbolçusu millimizə qarşı oynamayacaq

Fransa milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə Bakıda keçiriləcək matça ciddi itki ilə yollanacaq. İkiqat dünya çempionlarının heyətində əsas futbolçulardan biri bu görüşdə iştirak edə bilməyəcək. Bu, "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqadır. Gənc ulduz milli komandanın düşərgəsində zədələndiyi üçün heyətdən kənarda qalıb.


23 yaşlı futbolçu müalicə kursu keçmək məqsədilə dərhal İspaniyaya qayıtmalı olub. Bu zədə DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində reallaşacaq qarşılaşmadan əvvəl Fransanın məşqçi heyəti üçün xoşagəlməz xəbərdir. Kamavinqa son vaxtlar mərkəz xəttində əvəzolunmaz oyunçu kimi çıxış edirdi və onun yoxluğu meydandakı taktiki planlara təsir edəcək.


Azərbaycan və Fransa yığmaları arasında keçiriləcək bu maraqlı görüş noyabrın 16-da baş tutacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və yerli vaxtla saat 21:00-da start götürəcək.


E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: