
Ruben Vardanyana yeni vəkil təyin olunub

Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 28-də davam etdirilib. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər ağır cinayətlərlə bağlı maddələri ilə təqsirləndirilir. Bakı Hərbi Məhkəməsində, hakimlər Zeynal Ağayev (sədr), Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında, təqsirləndirilən şəxs bildiyi dil olan rus dilində tərcüməçi ilə təmin olundu. Sədrlik edən Z. Ağayev bildirdi ki, Vardanyan əvvəlki iclasda prosesdən narazılığını ifadə edərək müdafiəçisindən imtina etmişdi. O, həmçinin başqa bir vəkillə müqaviləsi olmadığını qeyd edib, dövlət tərəfindən müdafiəçi təyin olunmasını istəmişdi. Məhkəmə bu müraciəti qəbul etdi və ona yeni, dövlət hesabına vəkil təyin etmək üçün Vəkillər Kollegiyasına müraciət göndərildi.
Məhkəmənin qərarına əsasən, Ruben Vardanyanın keçmiş müdafiəçisi Avraam Bermandan imtina etməsi təsdiqləndi. Hakim daha sonra R. Vardanyana dövlət hesabına yeni müdafiəçi təyin olunduğunu elan etdi. O, Vəkillər Kollegiyasının üzvü Emil Babışovdur. Təqsirləndirilən şəxs Emil Babışova heç bir etiraz bildirməyib. Prosesin digər iştirakçıları da yeni müdafiəçiyə qarşı etirazlarının olmadığını söylədilər. Hakim Z. Ağayev daha sonra cinayət təqibinə yeni qoşulan vəkil Emil Babışovu məhkəmə heyəti ilə tanış etdi.
İclasa sədrlik edən hakim vəkilə təqsirləndirilən şəxslə həm istintaq təcridxanasında, həm də məhkəmədə görüşmək üçün şərait yaradılacağını dedi. Eyni zamanda, vəkilə cinayət işinin materialları ilə tanış olması üçün əlavə vaxt veriləcək. Yeni vəkilin işlə tam tanış ola bilməsi və müvəkkili ilə görüşməsi məqsədi ilə proses təxirə salındı. Məhkəmə iclası noyabrın 4-də davam etdiriləcək. Qeyd edək ki, Ruben Vardanyan CM-in 100.1, 100.2 (təcavüzkar müharibə), 107 (deportasiya), 113 (işgəncə), 114.1 (muzdluluq), 120.2.x (qəsdən adam öldürmə), 214.2.x (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) daxil olmaqla, bir çox maddə ilə ittiham olunur.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Tanınmış vəkil vəfat etdi
Son Xeberler

Ruben Vardanyan vəkildən imtina edib
Azəri Xəbər

Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı keçiri...
Bugun.az

Azərbaycanda daha bir vəkil vəfat etdi -
Son Xeberler

Vardanyanın məhkəməsinin vaxtı məlum oldu
Bugun.az

Azərbaycanlı vəkil koravirusdan öldü -
Son Xeberler



