
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimi sona çatıb
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə ölkəmizdə keçirilən "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi oktyabrın 30-da başa çatıb. Bu birgə təlim iki ölkənin XTQ mənsubları arasında əməkdaşlığın uğurlu inkişafını göstərir.
Təlimin yekunlaşma mərasimi əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasim zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb.
Mərasimdə çıxış edənlər Azərbaycan və BƏƏ xüsusi təyinatlıları arasında əlaqələrin uğurla inkişaf etdiyini xüsusi vurğuladılar. Onlar keçirilən birgə təlimin təcrübə mübadiləsi, XTQ mənsublarının döyüş hazırlığı səviyyəsinin artırılması və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirdilər. Təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, həmçinin hədiyyə mübadiləsi həyata keçirilib. Mərasim sonda xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycan və BƏƏ xüsusi təyinatlılarının birgə tə...
Azəri Xəbər

"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimi keçi...
Azəri Xəbər

Azərbaycan və BƏƏ xüsusi təyinatlılarının birgə tə...
Azəri Xəbər

Azərbaycanda “Araz-2025” birgə təlimi keçirilir -V...
Bugun.az

Polşa Rusiyaya cavab olaraq sərhədə 40 min hərbçi...
Bugun.az

“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurl...
Azəri Xəbər



