Şəmkirin bu qəsəbəsində qaz olmayacaq

29.10.2025 13:15 6 baxış sayı 1 dəq. oxuma Trend
Şəmkirin bu qəsəbəsində qaz olmayacaq

"Azəriqaz" İstehsalat Birliyi Şəmkir rayonunun Çinarlı qəsəbəsi sakinlərinə vacib xəbərdarlıq edib. Qəsəbədə qaz təchizatında müvəqqəti fasilə yaşanacaq. Bu fasilə 30 oktyabr 2025-ci il tarixində səhər saat 10:00-dan başlayaraq işlər bitənə qədər davam edəcək.


Verilən məlumata görə, ümumilikdə 1848 abonent qazsız qalacaq. Qazın dayandırılması səbəbi texniki işlərin aparılmasıdır. Belə ki, Şəmkir RQİİ-nin Çinarlı AQPS-dən qidalanan ərazidə yerləşən d159 mm-lik qaz xəttinin üzərində yeni d150 mm-lik siyirtmə quraşdırılacaq. Bu qaz xəttindəki təmir işləri bitdikdən sonra qəsəbəyə qaz təchizatı tam bərpa ediləcək.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: