
Şərurlu İsfəndiyarla bağlı məhkəmədə ekspert rəyini açıqlayıb
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məsələnin əsas hissəsi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisinin rəyinin açıqlanması oldu. Mütəxəssis Nəzakət Qaziyeva İsfəndiyar Axundovun şikayətçi Emil Səməndərov haqqında dediyi sözlərin hüquqi təhqir hesab edilməsinin mümkünlüyünü qiymətləndirdi.
Məhkəmədə ekspert məsələ ilə bağlı rəyini açıqlayarkən xüsusi terminlərə aydınlıq gətirdi. O qeyd etdi ki, “pul yemək” frazeoloji birləşmədir və ayrılmış pul vəsaitinin mənimsənilməsi deməkdir. Ekspert əlavə etdi ki, "yeyinti" sözü məcazi mənada, oğurlamaq, israf etmək mənasında işlənir. Nəzakət Qaziyeva vurğuladı ki, istənilən söz yerinə görə təhqir hesab oluna bilər, lakin bu o demək deyil ki, həmin söz hüquqi baxımdan təhqirdir. Onun təqdim etdiyi lingvistik rəyə görə, məhkəməyə təqdim olunan sözləri təhqir yox, tənqid hesab etmək olar.
Proses zamanı təqsirləndirilən şəxsin vəkili Ülvi Nəsibli İsfəndiyar Axundovun sözlərindən sitat gətirərək orada təhqir olmadığını bildirdi və ekspertin rəyini soruşdu. Zərərçəkənin vəkili Asim Abbasov isə bu sualın manipulyasiya xarakteri daşıdığını deyərək ona etiraz etdi. İsfəndiyar Axundov özü də həmin vaxt çox əsəbi olduğunu söylədi. O bildirdi ki, "Mənə çoxlu şikayətlər gəlirdi. Biri qazi idi, biri şəhid ailəsi idi. Hamısı narazı idi, ona görə də əsəbləşib bir iki cümlə demişəm." Axundov həmçinin yaşlı olduğunu qeyd edərək hakimdən narazılığını ifadə etdi və 75 yaşlı kişinin məhkəmə yollarında əsir edildiyini iddia etdi.
Ekspertin rəyindən sonra zərərçəkənin vəkili Asim Abbasov bu rəyin qərəzli olduğunu irəli sürdü. Hakim prosesin davamında ekspertə məsələ ilə bağlı açıqladığı məqamları növbəti iclasda rəy formasında məhkəməyə təqdim etməsi üçün ona video materialların təqdim olunması ilə bağlı qərar verdi. Vəkil Abbasov buna etiraz edərək, məsələni aydınlaşdırmaq üçün birinci rəyi verən ekspertin də çağırılmasını təklif etdi. Hakim həmin vəsatətin baxılmamış saxlanıldığını, lazım olduqda baxılacağını xatırlatdı. Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə şikayət edilib. Şikayət edən "Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur. Proses 20 noyabradək təxirə salınıb.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Oğlum yanımdadır” - Şərurlu İsfəndiyar
Bugun.az
"Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırı...
Azəri Xəbər

İsfəndiyarın həbs edildiyi deyilən oğlunun FOTOSU
Bugun.az
Sloveniya BMT qurumlarına məhdudiyyətlərlə bağlı B...
Son Xeberler

Şərurlu İsfəndiyar məhkəməyə verildi
Bugun.az

General-leytenant Bərxudarovun azad edilməsi ilə b...
Bugun.az



