
Şimali Kipr nümayəndəsi: TDT ölkələri arasında xəritəçilik və geodiziya sahəsində əməkdaşlıq genişləndirilməlidir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr xəritəçilik və geodeziya sahəsində əlaqələri dərinləşdirməlidirlər. Bu fikri Şimali Kipr Türk Respublikasının (ŞKTR) daxili işlər nazirinin müşaviri Batu Beyit Bakıda keçirilən tədbirdə səsləndirib.
O, dekabrın 3-də baş tutan TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında çıxış edib. Beyit qeyd edib ki, xəritəçilik və geodeziya sahəsində əməkdaşlığın genişləndirilməsi bu görüşün mühüm məsələlərindən biridir. Bu, sadəcə texniki əməkdaşlıq deyil, həm də TDT-yə üzv dövlətlər arasında mövcud olan birliyi gücləndirməyə xidmət edir. ŞKTR rəsmisi bildirib ki, TDT ölkələrinin ortaq xəritəsinin hazırlanması tərəfdaşlığın yeni səviyyəyə çatdırılmasına kömək edəcək.
Batu Beyitin sözlərinə görə, təklif edilən ortaq xəritə siyasi və coğrafi əhəmiyyətdən kənara çıxmalıdır. O vurğulayıb ki, bu layihə ortaq dəyərlərin simvolu halına gəlməlidir. Beyit hesab edir ki, xəritəçilik sahəsində birgə işləmək ölkələrimizin dostluq və həmrəylik səviyyəsini yüksəldəcək. Türk Dövlətləri Təşkilatının əsas hədəflərindən biri məhz bu cür əlaqələrin möhkəmləndirilməsi, dövlətlər arasında dostluğun və həmrəyliyin artırılmasıdır.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Tahsin Ertuğruloğlu: Azərbaycan Prezidentinin Şima...
Azəri Xəbər

ŞKTC və CKRA Liderləri BMT Rəsmilərinin İştirakı i...
Son Xeberler
Azərbaycan və Şimali Kipr arasında münasibətlər da...
Azəri Xəbər

Şimali Kiprin Prezidenti Azərbaycana gəldi
Bugun.az
Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilli...
Azəri Xəbər
Hakan Fidan ŞKTC Prezident Seçkiləri və Kipr Məsəl...
Son Xeberler



