Tahsin Ertuğruloğlu: Azərbaycan Prezidentinin Şimali Kiprə yönələn müsbət yanaşması Kipr türklərinə güc verən məsələdir

01.12.2025 10:07 11 baxış sayı 2 dəq. oxuma Report
Tahsin Ertuğruloğlu: Azərbaycan Prezidentinin Şimali Kiprə yönələn müsbət yanaşması Kipr türklərinə güc verən məsələdir

Şimali Kipr Türk Respublikasının (ŞKTR) xarici işlər naziri Tahsin Ertuğruloğlu Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsinə göstərdiyi münasibəti yüksək qiymətləndirib. Nazir qeyd edib ki, bütün çətinliklərə və mövcud problemlərə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev böyük cəsarət və səmimiyyət nümayiş etdirir. O, həm Şimali Kipr Türk Respublikasına, həm də ölkə rəhbərliyinə qarşı müsbət yanaşma sərgiləyir.


Ertuğruloğlu bildirib ki, bu müsbət münasibət Kipr türkləri üçün böyük bir güc mənbəyidir. O əlavə edib ki, Türkiyə-Azərbaycan-Şimali Kipr arasında müəyyən bir formada üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Nazirin sözlərinə görə, bu əlaqələr siyasi partiyalar və parlamentlərarası dostluq qrupları kimi qeyri-rəsmi səviyyələrdə davam edir.


ŞKTR XİN rəhbəri rəsmi tanınma məsələsinə toxunarkən, hələ ki rəsmi tanınma nöqtəsində olmadıqlarını diqqətə çatdırıb. Nazir Azərbaycanın Şimali Kipr Türk Respublikası üçün qardaş ölkə olduğunu xüsusi vurğulayıb. O əlavə edib ki, Prezident İlham Əliyevin Şimali Kiprə olan yaxınlığını və göstərdiyi dəstəyi heç vaxt unutmaq olmaz.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: