
Sosial şəbəkələrdə endirimli saxta onlayn xarici dil kursu təşkil edən şəxs saxlanılıb
                            
                        Sosial şəbəkələr vasitəsilə endirimli onlayn xarici dil kursları təşkil edəcəyi barədə yalan elanlar yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
İsmayılov təsisçisi olduğu "iamzerv academy" adlı sosial şəbəkə hesabından istifadə edib. O, kursların qiymətini onların real dəyərindən qat-qat aşağı göstərirdi. Bu elanları görən zərərçəkənlər kurslara yazılmaq üçün A. İsmayılovun kartına 50 manatdan 600 manatadək pul köçürüblər. Saxlanılan şəxs pul vəsaitlərini ələ keçirdikdən sonra, aldatdığı insanlarla bütün əlaqələri dərhal kəsirdi.
A. İsmayılovun fəaliyyəti ilə bağlı Polis İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Hazırda bu dələduzluq əməlləri barədə Polis İdarəsində araşdırmalar davam etdirilir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər
                                                                Endirimli ingilis dili kursu təşkil edəcəyi vədi v...
Azəri Xəbər

Sosial şəbəkədə saxta kurs təşkil edən şəxs saxlan...
Bugun.az

Saxta Pul ilə Benzin Almağa Cəhd Edən Şəxs Saxlanı...
Son Xeberler

"Tik-Tok"da narkotiki təbliğ edən şəxs saxlanıldı...
Son Xeberler

DİN-dən vətəndaşlara
Son Xeberler

Sosial şəbəkədə onlayn qumar təşkil edən dəstənin...
Azəri Xəbər
                                        


