
Saxta Pul ilə Benzin Almağa Cəhd Edən Şəxs Saxlanıldı

Bakıda bir şəxs saxta pul ilə benzin almağa cəhd edərkən tutulub.
Metbuat.az saytının DİN-in Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 1-də saat 02.40 radələrində Binəqədi rayonunda baş verib.
Binəqədi Rayon Mühafizə İdarəsinə daxil olan məlumata əsasən, yanacaqdoldurma məntəqələrindən birində bir şəxs işçiyə 100 manatlıq saxta pul verərək benzin almağa cəhd edib.
Polis əməkdaşlarının dərhal hadisə yerinə gəlməsi nəticəsində 43 yaşlı R.Novruzov saxlanılıb.
Saxlanılan şəxs araşdırma aparılması üçün Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsinə təhvil verilib.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Zərdabda qanunsuz ağac kəsən şəxs saxlanılıb
Azəri Xəbər

Rusiyada "Şaxta baba" iş adamını qətlə yetirdi
Bugun.az

Saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs...
Bugun.az

Sivasın Suşəhri Rayonunda Saxta Qızıl Alverinin Qa...
Son Xeberler

Abşeron rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Cinayət Xəbərləri

37 min manat ələ keçirən şəxs saxlanıldı
Bugun.az


