
Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı (FOTO)

Uşaqlar üçün geyim seçimi edərkən valideynlər əsasən iki vacib meyyara diqqət yetirirlər: rahatlıq və keyfiyyət. Uşaq paltarları onları sıxmamalı, gün ərzində sərbəst hərəkət etməyə imkan verməlidir. Beynəlxalq araşdırmalar da göstərir ki, məktəb mövsümü alış-verişində valideynlərin 75%-i geyimin rahatlığına, 68%-i keyfiyyətinə, 53%-i isə davamlılığına üstünlük verir. Aparılan sorğularda iştirak edən valideynlərin əksəriyyəti (84%) uşaqları üçün məhz pambıq parçadan hazırlanmış geyimləri seçirlər, çünki bu material nəfəs alır və uzunömürlüdür. Trendyolmilla markası uşaqlar üçün hazırladığı Trendyol Milla Kids kolleksiyasında məhz bu prinsipləri birləşdirərək həm uşaqların, həm də valideynlərin gözləntilərini qarşılamağı hədəfləyir.
Kolleksiyanın istehsalında yüksək keyfiyyətli materiallara üstünlük verilir. Buraya pambıq qarışıqları, elastik cins və nəfəs alan toxunma parçalar daxildir. Bütün məhsullar Türkiyədə istehsal olunur və Trendyolun müəyyən etdiyi xüsusi keyfiyyət və təhlükəsizlik standartlarına tam uyğundur. Kolleksiyaya daxil edilən hər bir geyim kimyəvi və fiziki testlərdən keçirilir. Bu, məhsulların sağlamlıq baxımından ən yüksək tələblərə cavab verdiyini təsdiqləyir. Geyimlər 3-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub və onların bütün geyim ehtiyaclarını qarşılayır.
Trendyolmilla Kids kolleksiyası gündəlik geyimdən tutmuş, ev paltarları, üst geyimləri, çimərlik geyimləri, məktəb çantaları, ayaqqabılar və müxtəlif aksessuarlara qədər geniş çeşid təqdim edir. Hər mövsümə uyğun olan bu seçimlər, həmçinin hər büdcəyə uyğun qiymətlərlə təklif olunur. Kolleksiyanın dizaynı kollec və şəhər estetikasından ilhamlanaraq yaradılıb. Burada qız və oğlan uşaqlarına xas üslublar, eləcə də unisex geyim dizaynları yer alır. Kolleksiya uşaqlığın enerjisini və yaradıcılığını geyim vasitəsilə əks etdirir, balacaların qarderobunun ən sevimli parçalarına çevrilə biləcək rəngarəng məhsulları bir araya gətirir. Yumşaq və parlaq rəng palitraları, pozitiv qrafiklər və rəng blokları bu dizaynı tamamlayır, uşaqların fərdiliyini ön plana çıxarır.
Trendyolmilla baş direktoru Sanem Tuna qeyd edir ki, “Trendyol Milla Kids” kolleksiyası rahatlıq, uzunömürlülük və kreativliyin balansını yaradır. O bildirir ki, geyimlərin dizaynı uşaqların hərəkət azadlığını təşviq edir. Bu kolleksiya həm uşaqların, həm də valideynlərin zövqünü oxşayan müasir estetik görünüşə malikdir. Bu yüksək keyfiyyət və rahatlıq təklif edən uşaq geyimləri, Azərbaycanlı istifadəçilər üçün münasib qiymətlərlə Trendyol platformasında əlçatandır.
Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Oppo Pad SE: 2K Ekran və 9340 mAh Batareya ilə Gəl...
Texnologiya xəbərləri

Uşaqlarda koronavirusun fəsadları müəyyən edilib
Son Xeberler

Uşaqların Təhlükəsizliyi Üçün "Tap Mən" Ayaqqabıla...
Texnologiya xəbərləri

iOS 26.1-də Böyük Yenilik: Foto Tətbiqləri Artıq F...
Texnologiya xəbərləri

Rusiyada miqrant uşaqlar üçün pullu təhsil təklif...
Bugun.az

Yeni dərs ilinin əsas təhlükəsi açıqlandı:
Son Xeberler



