Türkiyədə 54 şagird qidadan zəhərlənib

22.11.2025 15:06 11 baxış sayı 1 dəq. oxuma Report
Türkiyədə 54 şagird qidadan zəhərlənib

Türkiyənin fərqli şəhərlərində baş verən iki ayrı hadisədə ümumilikdə 54 şagird qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.


Zəhərlənmə halları ölkənin həm qərbində, həm də şərqində qeydə alınıb. "Haber Global" məlumatına görə, birinci hadisə Kocaeli şəhərində baş verib. Burada özəl bir liseydə oxuyan 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra özlərini narahat hiss etməyə başlayıblar. Onlar dərhal tibbi yardım almaq üçün xəstəxanaya aparılıb.


Daha böyük sayda zəhərlənmə isə Rize şəhərində yaşanıb. Rizedəki qızlar yataqxanasında yemək yeyən 40 şagird zəhərlənib. Hər iki hadisədə zəhərlənən şagirdlərə xəstəxanada müvafiq yardım göstərilib. Səlahiyyətli orqanlar bu kütləvi zəhərlənmə halları ilə bağlı artıq araşdırma başladılıb.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: