
Uğur simvolu olan COP29-a qarşı problem yüklü COP30 - RƏY

COP29-un miqyası, təşkilatçılıq səviyyəsi, iştirakçıların sayı və qəbul olunmuş qərarların keyfiyyəti beynəlxalq ictimaiyyətin yaddaşında dərin iz buraxdı. Lakin ard-arda problemlərlə üzləşən COP30 tamamilə fərqli bir mənzərə yaradır. Biri qlobal iqlim gündəmini toparlayan və proseslərə dinamizm gətirən möhtəşəm bir tədbir kimi dəyərləndirilirsə, digəri koordinasiya çətinlikləri, gecikmələr və siyasi anlaşılmazlıqlarla gündəmdə qalır. Bu ziddiyyət iqlim sammitlərinin gələcək etibarlılığı və effektivliyi baxımından mühüm suallar doğurur. İki tədbirin müqayisəsi qlobal iqlim diplomatiyasının hansı istiqamətə doğru dəyişdiyini anlamaq üçün xüsusi əhəmiyyət kəsb edir.
Siyasi ekspert Şəhla Cəlilzadə bildirdi ki, Bakıda keçirilən COP29 tədbiri tarixin ən uğurlu COP görüşlərindən biri kimi yadda qaldı. Bu tədbirdə qlobal iqlim dəyişikliyi ilə mübarizədə on ildir gözlənilən mühüm irəliləyişlərə nail olundu. Həmçinin, bu sammit "yaşıl iqtisadiyyat"a keçid üçün tarixi bir mərhələnin başladığını göstərdi. Məsələn, 2015-ci ildə qəbul edilən Paris İqlim Sazişinin 6-cı maddəsinin 2 və 4-cü bəndləri doqquz il sonra məhz Bakıda tam olaraq razılaşdırıldı və təsdiqini tapdı. Son 15 ildə məhz Bakıda 300 milyard dollar həcminə yeni iqlim maliyyə hədəfi müəyyən edildi. Bu da o deməkdir ki, 2022-ci ildə 2009-cu ildə qəbul edilmiş 100 milyard dollarlıq hədəfə nail olunduqdan sonra yeni hədəf uğrunda mübarizə başlandı. Bakıda 2035-ci ildən sonrakı növbəti iqlim maliyyə hədəfinin 1.3 trilyon dollar elan edilməsi uğurlu nəticələrdən biri kimi qeyd edilə bilər. Həmçinin, İtki və Zərər Fondu tam olaraq institutlaşdı və bir sıra vacib sənədlər imzalandı. Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi hesab olunur.
COP29 təhlükəsizlik baxımından da olduqca uğurlu təşkil olunmuşdu. Şəhla Cəlilzadə qeyd etdi ki, əvvəlki COP tədbirləri təşkilati çətinliklərlə üzləşib. Böyük Britaniyada, Qlazqoda keçirilən 26-cı COP tədbiri 100 mindən çox insanın iştirakilə keçirilən etiraz aksiyası ilə, Fransada, Parisdə baş tutan COP21 terror hücumu və şəhərdə fövqəladə vəziyyətin elan olunması ilə yadda qalmışdı. Danimarkada keçirilən COP15-də isə iqlim aktivistlərinin kütləvi həbsi (900-dən çox insan) olmuşdu. Polşada keçirilən COP24 kəskin hava şəraitinin yaratdığı logistik problemlərlə qarşılaşmışdı. Lakin COP29 tədbiri zamanı hətta anti-Azərbaycan qüvvələr Bakıya gəlmiş rəsmi və media nümayəndələr ölkəmizin təşkilatçılığı ilə bağlı kiçik qüsurlar belə tapa bilməmişdilər. COP29 yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın təşkilatçılıq və liderlik qabiliyyətini, o cümlədən beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Keçmiş ABŞ Prezidenti Co Bayden COP29-da əldə edilən razılaşmanı "tarixi nəticə" kimi qiymətləndirmişdi.
Siyasi ekspert Kazım Kazımovun sözlərinə görə, Bakıda keçirilən COP29 tədbiri iqlim zirvələri tarixinə öz adını qızıl hərflərlə yazdı və COP29 ilə COP30-u müqayisə edərkən ortaya çıxan böyük fərq bütün dünya tərəfindən aydın şəkildə görülür. COP30-un keçirildiyi Braziliyanın Belem şəhərində logistika və təşkilati problemlər prosesə ciddi zərbə vurdu. Bir çox nümayəndə otel qiymətlərinin inanılmaz dərəcədə yüksək olmasından şikayət edirdi; bəzi otellərdə gecəlik 1000 dollardan artıq qiymətlər diplomatik iştirak üçün maneə yaradır. Təhlükəsizlik də gündəmə gəldi, çünki dünya mətbuatı sammitin keçiriləcəyi məkanın yanğın səbəbindən təxliyə edildiyini yazdı, bu da müzakirələrin tempini pozdu. Əsas müzakirə blokadası maliyyədir. COP29-da müəyyən edilmiş ən azı 300 milyard dollarlıq illik maliyyənin real tətbiqi COP30-da hələlik təmin edilməyib, bu da danışıqların təxminən yarısını dondurulmuş vəziyyətə salıb. COP29 ölkələrarası etimadı gücləndirdiyi halda, COP30 bu etimadın qorunmasını çətinləşdirir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Muxtar Babayev Danimarka kralı ilə görüşdü
Bugun.az

Qlobal iqlim gündəminin iki üzü: Parıltılı COP29 v...
Azəri Xəbər
Yalçın Rəfiyev COP30-da Azərbaycanın milli bəyanat...
Azəri Xəbər
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətlənd...
Azəri Xəbər

COP29-dan COP30-a keçid və XIII Qlobal Bakı Forumu...
Azəri Xəbər

Azərbaycan COP30-da yeni NDC təqdim edib
Azəri Xəbər



