
“Wyndham Garden Baku” hoteli bu gün 3 yaşını qeyd edir (FOTO)

Bakıda fəaliyyət göstərən “Wyndham Garden Baku” hoteli bu gün 3 yaşını qeyd edir. Bu otel 25 oktyabr 2022-ci ildən qonaqları qəbul edir. Rəsmi açılış mərasimi isə 27 yanvar 2023-cü ildə baş tutmuşdu. “Wyndham Garden Baku” qonaqların rahatlığını düşünərək onlar üçün hər cür şərait yaradır. Otel həm hava limanından, həm də şəhər mərkəzindən cəmi 15 dəqiqə məsafədə yerləşir; xüsusi transfer xidməti də təklif edilir. Oteldə 100 nəfərə yaxın peşəkar və gülərüz personal çalışır. Ümumilikdə, oteldə 88 otaq qonaqların ixtiyarındadır.
“Wyndham Garden Baku” oteli müxtəlif tədbirlərin, banketlərin və şənliklərin keçirilməsinə tam uyğundur. Otel iclas və konfrans ehtiyacları üçün fərqli zallar təklif edir. Bura 15 nəfərlik iclas zalı və iki böyük banket zalı daxildir. "Xan Çinar” zalı 100-160 nəfərlik, “Şam” zalı isə 40-60 nəfərlik tədbirlər üçün nəzərdə tutulub. Oteldəki "Magnolia” restoranı qonaqlar üçün milli və xarici təamları təqdim edir. Restoranın təcrübəli aşpazları tərəfindən hazırlanan yeməklər dadı ilə seçilir. Bu xidmətlər oteli tədbirlər üçün əla məkana çevirir.
Qonaqlar asudə vaxtlarını həm maraqlı, həm də faydalı keçirmək üçün oteldəki “Olive SPA & Wellness” mərkəzindən istifadə edə bilərlər. Bu mərkəz geniş xidmətlər təqdim edir. Bura 25 metr uzunluğunda hovuz, kardio və fitness zalları daxildir. Qonaqların ixtiyarında həmçinin fin və rus saunaları, türk hamamı, çoxsaylı masaj və müalicə otaqları var. Sauna xidmətlərinə kisə, köpüklü masaj və bədən skrabı da daxildir. Həmçinin idman zalı yanında fəaliyyət göstərən “Vitamin Bar” və peşəkar təlimçilərlə fitness xidmətləri mövcuddur. Qeyd etmək lazımdır ki, “Wyndham Garden Baku” hoteli Azpetrol şirkətinə məxsusdur. Otel ilin bütün fəsillərində qonaqlara yüksək səviyyədə xidmət göstərməyə tam hazırdır.
Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Pulsuz Musiqi Dinləməyin Yeni Yolu: Radio Garden
Texnologiya xəbərləri

Manşet.az 4 yaşını qeyd edir
Bugun.az

54 yaşlı aktrisa illərə meydan oxuyur -
Son Xeberler

İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava liman...
Son Xeberler

Bakıda güclü yanan obyekt məşhur hotel imiş
Xəbər Anı

FLY INN Baku sizi “Karyera gününə” dəvət edir!
Edumap.az Təhsil Portalı



