Xəyanətkar kvartet!

01.12.2025 15:16 6 baxış sayı 4 dəq. oxuma Trend
Xəyanətkar kvartet!

Bakı. Azərbaycan bu regionda sabitliyin və inkişafın əsas lokomotividir. Prezident İlham Əliyevin liderliyi altında ölkə təkcə iqtisadi deyil, həm də siyasi sabitlik, beynəlxalq nüfuz və hərbi güc baxımından yeni bir mərhələyə qədəm qoyub. Ölkənin diplomatik uğurları, regional təşəbbüsləri və post-münaqişə dövründə atdığı addımlar məhz bu sabit və məqsədyönlü siyasətin nəticəsidir.


Dövlətin gələcəyinə şəxsi maraqla zərbə vurmaq istəyən xəyanətkarlara qarşı ictimai və siyasi məsuliyyət hissi ilə yanaşmaq vacibdir. Əslində, bu sadəcə vacib deyil. Bu, Azərbaycan dövlətinə qarşı hər bir azərbaycanlının göstərməli olduğu vətəndaş mövqeyi və azərbaycançılıq yanaşmasıdır. Uzun illər dövlət içində "Troya atı" funksiyasını yerinə yetirən Ramiz Mehdiyevin ətrafında baş verənləri hər bir azərbaycanlı maraqla izləyir. Bu şəxs bütün fəaliyyətini birbaşa Azərbaycan dövlətinə qarşı yönəldib.


Ramiz Mehdiyevin karyerasına baxdıqda, onun əsasən ikinci şəxs olduğunu görürük; o, yarımçıq adamdır. Onun arzuları, ambisiyaları və arxasındakı qüvvələr böyük olsa da, o, heç vaxt böyük olmağı bacarmayıb. Bu yarımçıq insan öz şəxsi mənafelərini həyata keçirmək üçün dövləti satmağı və Azərbaycana ziyan vurmaq istəyən qüvvələrə satılmağı gözə alıb. O, elə özü kimi şəxslərlə əməkdaşlığa cəhd edib və onlara ağsaqqallıq etməyə çalışıb. Dövlət Təhlükəsizlik Xidmətinin ilkin araşdırmaları göstərir ki, Mehdiyevin ən yaxın silahdaşları da elə özü kimi yarımçıqlardır. Bu xidmət öz fəaliyyətini Azərbaycanın dövlət marağını qorumağa və Ali Baş Komandanın siyasətini icra etməyə həsr edib.


Bu şəxslərin arasında həyatı xəyanətlə keçən, hətta öz liderini arxadan vuran Əli Kərimli, həyatda heç bir məqsədi məlum olmayan Cəmil Həsənli və deputat olduğu dövrdə yalnız şəxsi imtiyazlara yönələn Gültəkin Hacıbəyli var. Müasir tariximizin ilk illərində təlatümlü dövrlər çox olub, lakin bu "səviyyədə" dördlüyü hələ görməmişik. Azərbaycan bu gün müstəqil siyasət həyata keçirir. Ölkə başçısı dünyada tanınır, ona hörmət edilir və o, regionla bağlı məsələlərə yön verir. Bütün bunlar regionda heç də hamının ürəyincə deyil. Bu vəziyyəti özləri üçün fürsət bilən bu insanlar, şimaldan əsən küləyin də təsiri ilə başqa xəyallara düşüblər. Onlar uzun illər ərzində fərqli ittifaqlarda Azərbaycana qarşı fəaliyyət göstəriblər. Amma onların qiymətləndirmədiyi bir məqam var: Azərbaycan xalqı müdrik xalqdır. Xalq öz lideri, Qarabağ fatehi Prezident İlham Əliyevin ətrafında "dəmir yumruq" kimi birləşmişdir. Bu yarımçıqların fəaliyyəti bizə kvarteti, musiqi alətləri özünün də olmayan xəyanətkar kvarteti xatırladır.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: