Yekaterinburq məhkəməsi Səfərov qardaşları və digər azərbaycanlıların həbs müddətini uzadıb

17.10.2025 13:53 11 baxış sayı 2 dəq. oxuma APA
Yekaterinburq məhkəməsi Səfərov qardaşları və digər azərbaycanlıların həbs müddətini uzadıb

Yekaterinburqda bu ilin iyun ayında saxlanılan azərbaycanlıların həbs müddəti uzadılıb.


Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi istintaqın vəsatətini təmin etdi. Bu qərara əsasən, Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların həbs müddəti uzadılır.


İstintaqın versiyası budur ki, bu şəxslər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədilmiş bir neçə qətl və sui-qəsddə iştirak ediblər. Azərbaycanlılar 29 dekabr 2025-ci ilə qədər həbsdə qalacaqlar.


Rusiya hüquq-mühafizə orqanları bu ilin iyun ayında Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirdi. Əməliyyat zamanı güc tətbiq olundu. Nəticədə iki azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itirdilər. Məhkəmənin qərarı ilə digər Səfərovlar həbs olundular. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərə görə ittihamlar irəli sürüldü.


Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski də saxlanıldı. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə ittiham olunur.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: