🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Yekaterinburqda 2 qardaşın öldürülməsinin təfərrüatları

27.06.2025 20:25 12 baxış sayı 2 dəq. oxuma
Yekaterinburqda 2 qardaşın öldürülməsinin təfərrüatları

Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak edirlər. İstintaq Komitəsi hələlik məsələ ilə bağlı şərh verməyib.

Məlumata görə, söhbət 2001-ci ildə diasporun iştirakı ilə baş vermiş qətldən gedir. İddialara görə, qətl hadisəsi Səfərovlara məxsus kafedə baş verib.

Cinayət işi təzələnərək yenidən icraata götürülüb.

Azərbaycan-Ural təşkilatının rəhbəri Şahin Şıxlinski kütləvi həbslərlə bağlı iddialara belə münasibət bildirib:

"Bu barədə heç nə bilmirəm. Mən saxlanılmamışam".

Qeyd edək ki, bu gün Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları döyülərək öldürülüb.

Onlar tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Paylaş: