
Arvadını və körpə qızını öldürməkdə təqsirləndirilən şəxslə bağlı QƏRAR

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report" xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Fərid Hüseynlinin şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.
İttihama görə, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızı Hüseynliyə və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Fərid Hüseynli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ata beşaylıq qızını öldürdü
Xəbər Anı

Arvadını yad kişiylə yataqda tutdu, oğlan görün nə...
Son Xeberler

Sabirabadda körpə ölü doğuldu
Bugun.az

Şabranda ər arvadını bıçaqladı
Azəri Xəbər

Gəncədə yeni doğulmuş körpə öldü
Bugun.az

Qızını boşatdırdığı üçün arvadını öldürdü -VİDEO
Bugun.az