Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Sabirabadda 42 yaşlı qadın qətlə yetirildi

14.11.2025 08:12 4 baxış sayı 1 dəq. oxuma Metbuat
Sabirabadda 42 yaşlı qadın qətlə yetirildi

Sabirabadda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb. Rayonun sakini olan 1986-cı il təvəllüdlü Məmmədov Murtuz Xudaverdi oğlu öz bacısını öldürməkdə şübhəli bilinir. O, 1983-cü il təvəllüdlü Məmmədova Ülviyyə Xudaverdi qızını qətlə yetirib.


Məlumata görə, qatil bacısına qarşı ov tüfəngindən atəş açmaqla cinayəti törədib. Baş verən bu faciəvi hadisə nəticəsində Ülviyyə Məmmədova dünyasını dəyişib. Cinayəti törədən M. Məmmədov polis əməkdaşları tərəfindən dərhal saxlanılıb və nəzarət altına alınıb.


Hazırda faktla bağlı müvafiq araşdırma aparılır. İstintaq hadisənin bütün təfərrüatlarını aydınlaşdırmaq üçün işləyir.


T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: