Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Sabirabad 42 yaşlı kişi qətlə yetirildi

15.09.2025 06:25 15 baxış sayı 1 dəq. oxuma Metbuat
Sabirabad 42 yaşlı kişi qətlə yetirildi

Sabirabadda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Sabirabad rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonun Moranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: