🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Küçəyə çıxmaq qadağasından sonra Türkiyədə ƏN ÇOX SATILAN MƏHSULLAR - FOTO

12.04.2020 04:14 763 baxış sayı 2 dəq. oxuma
Küçəyə çıxmaq qadağasından sonra Türkiyədə  ƏN ÇOX SATILAN MƏHSULLAR - FOTO

Xəbər veriyimiz kimi bu gün Türkiyədə küçəyə çıxmamaq barədə qadağanın tətbiqinə başlanılıb.


Bugun.az xəbər verir ki, qərarın qüvvəyə minməsinə 2 saat qalmış vətəndaşlar alış-veriş mərkəzlərinə axın ediblər.


Onlar çörək bişirmə sexləri, marketlər və.s ticarət obyektləri qarşısında növbəyə düzülüblər. Sosial məsafə qaydalarna əməl etməyən vətəndaşlar normal günlərdə olduğundan 2 dəfə artıq pul xərcləyiblər.


Türkiyə Biznesmenlər və Sənətkarla Konfederasiyasının sədri Bendevi Palandökən vətəndaşların aldıqları məhsulların adlarını açıqlayıb: "Onlar ən çox siqaret, cips, tum, çörək, quru meyvə, gigiyenik vasitələr, makaron, un, şirniyyat, uşaq bezi, paltar yuyan vasitələr və.s alıblar. Bu normal günlərdə olandan iki dəfə artıq satış idi. Yəni panikaya düşən insanlar belə bir addım atıblar".

Paylaş: