Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

30 ildir icra başçısı olan məmur kimdir? - FOTO

01.11.2025 13:52 6 baxış sayı 2 dəq. oxuma Metbuat
30 ildir icra başçısı olan məmur kimdir? - FOTO

Novruz Novruzov Azərbaycanın ən stajlı icra başçılarından biridir. Hazırda Siyəzən rayonuna rəhbərlik edən Novruz müəllim bu il sentyabr ayının 19-da icra başçısı vəzifəsində işləməyinin 30 illiyini qeyd etdi. O, 2 may 1954-cü ildə Lerik rayonunda anadan olub və ali təhsilli müəllimdir. 1995-ci ildən başlayan rəhbərlik fəaliyyəti onu ölkənin dövlət idarəçiliyində ən uzun müddət xidmət edən məmurlardan biri edir.


Novruzovun icra strukturları ilə tanışlığı məhz üç onillik əvvələ təsadüf edir. Mərhum Prezident Heydər Əliyevin Sərəncamı ilə o, 19 sentyabr 1995-ci ildə doğulduğu Lerik rayonunun rəhbəri təyin olundu. Novruzov doğma Lerikdə 6 il çalışdıqdan sonra Goranboy rayon icra hakimiyyətinin başçısı təyin edildi. Novruz Novruzov ömrünün 5 ilini Goranboyda keçirdi.


Hazırda ömrünün 71-ci payızını yaşayan Novruz müəllimin Goranboydan sonrakı "dayanacağı" Şabran rayonu oldu. O, Şabrana nə az, nə çox, düz 12 il rəhbərlik etdi. 71 yaşlı Novruz müəllim 2019-cu il aprel ayının 5-dən isə Siyəzənə rəhbərlik edir. O, mətbuatla əməkdaşlığa həvəssiz yanaşan məmurlardandır. Gözdən-könüldən uzaq qalmağa çalışdığı üçün internetdə onun haqqında çox az məlumat var, bu məlumatlar da əsasən rəsmi xarakter daşıyır.


Yaşının irəliləməsi ilə əlaqədar olaraq Novruzovun karyerasının son aylarını yaşadığını düşünənlər çoxdur. Amma bu vəzifəyə aid qərar verərkən əsas olan hakimiyyətin onun haqqında nə düşündüyüdür. İcra başçısının gələcəyi isə zamanla bəlli olacaq.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: