
30 ildir icra başçısıdır, 4 rayonda işləyib - FOTO

Azərbaycanın ən stajlı icra başçılarından biri də Novruz Novruzovdur. Hazırda Siyəzənə rəhbərlik edən Novruz müəllim bu il sentyabrın 19-da icra başçısı kimi fəaliyyətinin 30 illiyini qeyd edib. O, 2 may 1954-cü ildə Lerik rayonunda anadan olub və ali təhsilli müəllimdir. **Novruz Novruzov** icra strukturları ilə tanışlığa düz 30 il əvvəl başlayıb. Uzun müddətli fəaliyyəti onu ölkənin dövlət idarəçiliyində ən təcrübəli şəxslərindən biri edir.
Onun icra strukturlarındakı karyerası mərhum Prezident Heydər Əliyevin Sərəncamı ilə 19 sentyabr 1995-ci ildə başlayıb. Novruzov ilk olaraq anadan olduğu Lerik rayonunun rəhbəri təyin edilib. O, doğma Lerikdə altı il çalışdıqdan sonra Goranboy rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutub. Novruz Novruzov ömrünün beş ilini Goranboyda keçirib. Hazırda 71-ci payızını yaşayan Novruz müəllimin Goranboydan sonrakı dayanacağı Şabran rayonu olub. Novruzov Şabrana nə az, nə çox, düz 12 il rəhbərlik edib. O, 2019-cu il aprel ayının 5-dən etibarən isə **Siyəzən rayonuna** rəhbərlik edir.
Novruz Novruzov mətbuatla əməkdaşlığa həvəssiz yanaşan məmurlardandır. O, gözlərdən uzaq qalmağa çalışır. Buna görə də internet resurslarında onun haqqında çox az məlumat tapmaq mümkündür; olan məlumatlar da əsasən rəsmi məzmun daşıyır. Yaşının irəliləməsi ilə əlaqədar olaraq bir çoxları onun **karyerasının son aylarını** yaşadığını düşünür. Ancaq əsas məsələ hakimiyyətin onun barəsində hansı qərarı verəcəyidir. İcra başçısının vəzifədə qalıb-qalmayacağını yalnız zaman göstərəcək.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Biləsuvarın yeni icra başçısı kimdir? -
Son Xeberler

29 ildən sonra Xankəndidə ilk azərbaycanlı vəzifəy...
Son Xeberler

30 ildir icra başçısı olan məmur kimdir? - FOTO
Bugun.az

Xaçmaz rayonunda 1 Noyabr – “Kənd təsərrüfatı işçi...
Azəri Xəbər

Kot-d'İvuarın hazırkı prezidenti dördüncü müddətə...
Azəri Xəbər

Bu rayonda yas mərasimi ləğv edildi
Bugun.az


