Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

9,5 trilyon dollarlıq iqtisadiyyat çökə bilər - Məhsullar bahalaşacaq

02.04.2025 16:25 106 baxış sayı 2 dəq. oxuma Metbuat
9,5 trilyon dollarlıq iqtisadiyyat çökə bilər - Məhsullar bahalaşacaq

Qlobal bazarlar ABŞ Prezidenti Donald Trampın açıqlayacağı tariflərlə bağlı qərarına fokuslanıb.

Metbuat.az xəbər verir ki, Tramp əlavə 25 faizlik tariflər tətbiq edərsə və buna cavab tədbirləri görülərsə, təxminlərə görə təqribən 9,5 trilyon dollarlıq iqtisadiyyat təhlükə altında olacaq. Ekspertlərin sözlərinə görə, ticarət müharibəsində son həlqə ABŞ-dən gələn gömrük qərarı ilə formalaşacaq. Məlumata görə, əlavə vergilər xüsusilə transatlantik əlaqələrə dərindən təsir edəcək.

ABŞ-nin Avropa Birliyi ölkələrindən idxal olunan məhsullara əlavə vergi tətbiq etməsi böyük iqtisadi aktivi təhdid edir. Əlavə vergi qərarının ilk növbədə investisiya qərarlarına təsir edəcəyi irəli sürülür. Ticarət əlaqələri pozula, xidmət sektoru və investisiyalar yavaşlaya bilər. ABŞ və Avropa İttifaqı arasında qarşıdurmanın dərinləşməsi iqtisadi əlaqələrə təhlükə yarada bilər.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: