Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Abid Şərifov insult keçirdi - Vəziyyəti ağırdır

16.10.2025 15:25 9 baxış sayı 1 dəq. oxuma Metbuat
Abid Şərifov insult keçirdi - Vəziyyəti ağırdır

Baş nazirin keçmiş müavini Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb.

Metbuat.az yenisabah.az-a istinadən xəbər verir ki, o, insult keçirib.

Nəticədə A.Şərifov yerimə və danışma qabiliyyətini itirib. Baş nazirin sabiq müavini hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır.

A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, A.Şərifov 1940-cı ildə Şəkidə anadan olub. O, 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, insult beyin qan dövranının kəskin şəkildə pozulması nəticəsində beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunan ciddi tibbi vəziyyətdir. Bu xəstəlik təcili tibbi müdaxilə və davamlı nəzarət tələb edir.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: