
Ağ ev Trampın Suriya ilə bağlı qərarını açıqladı

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Leavitt mətbuat brifinqində danışıb. Onun sözlərinə görə, Trampın bu qərarı Suriyanın sabitlik və sülhə gedən yolunu dəstəkləmək və təşviq etmək səyidir.
Karolin Leavitt, "İcra sərəncamı keçmiş prezident Bəşər Əsəd və onun tərəfdarlarına, insan haqlarını pozanlara, narkotik tacirlərinə, kimyəvi silah fəaliyyətləri ilə əlaqəli şəxslərə, İŞİD və ona bağlı təşkilatlara və İranın dəstəklədiyi qüvvələrə qarşı sanksiyaları davam etdirərkən Suriyaya qarşı sanksiyaları ləğv edir" - deyə bildirib.
Oxşar xəbərlər

Ağ ev Trampın Suriya ilə bağlı qərarını açıqladı
Bugun.az

Tramp Baydenin qərarını ləğv etdi
Bugun.az

Ərdoğan Türkiyənin Suriya barədə mövqeyini açıqlad...
Bugun.az

Donald Trampın koronavirusla bağlı sözləri lağa qo...
Son Xeberler

Hakan Fidandan Trampın Qəzza ilə bağlı bəyanatına...
Bugun.az

Suriya müxalifəti yeni şəhərləri ələ keçirdi
Bugun.az