“Agile Azərbaycan Beynəlxalq Zirvəsi-2024” Bakıda keçirildi
Azərbaycanın ən böyük bankı olan Kapital Bankın dəstəyi ilə “Agile Azərbaycan Beynəlxalq Zirvəsi -2024” keçirilib.
Bu tədbir regionda Agile metodologiyalarının tətbiqini, xüsusilə məhsul inkişafı və innovativ texnologiyalar sahələrini müzakirə edən ən əhəmiyyətli tədbirlərdən biridir. Bu ilki zirvənin əsas mövzuları “Agile-ın məhsul inkişafı və idarə edilməsinə təsiri” və “Suni İntellekt (AI) və onun Agile yanaşmalarına inteqrasiyası” idi. Bundan əlavə, tədbirdə Agile metodologiyaları ilə bağlı bir çox vacib mövzular müzakirə edildi.
• Məhsul inkişafında Agile - Çevik yanaşmalar uğurlu məhsulların yaradılmasına necə kömək edir?
• Suni İntellekt və Agile - AI inkişaf proseslərini və layihə idarəetməsini necə təkmilləşdirə bilər?
• Agile metodologiyalarından istifadə edərək məhsulun həyat dövrünün idarə edilməsi praktikası
• Sənaye liderlərinin təcrübə mübadiləsi - Uğur hekayələri və praktiki nümunələr
Müzakirələrə, Agile metodologiyalarını uğurla tətbiq edən yerli şirkətlərin rəhbərləri və nümayəndələri, həmçinin BƏƏ, Polşa, İngiltərə, Hindistan, Kipr kimi ölkələrdən olan beynəlxalq spikerlər qoşuldular. Tədbirdə praktiki təlimlər və panel müzakirələri formatında keçirilən sessiyalar, iştirakçıların təcrübə mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsinə imkan yaratdı.
Ətraflı məlumat üçün: https://agileazerbaijan.com/
Azərbaycanın maliyyə sektorunun öncüllərindən olan Kapital Bank artıq 4 ildir ki, Agile metodologiyasını tətbiq edir və bu sahədə böyük uğurlar əldə edib. Kapital Bank eyni zamanda ölkənin ən böyük işəgötürən şirkətlərindən biridir və “Great Place to Work” (“İdeal İş Yeri”) sertifikatına layiq görülüb. Qeyd edək ki, “Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və işçilərinin şirkət tərəfindən necə qiymətləndirildiyini, sektordakı mövqeyini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir.
Ölkənin aparıcı bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən geniş filial şəbəkəsinə, 119 filiala və 53 şöbəyə sahibdir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial media səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
Etiketlər
Oxşar xəbərlər
“Kapital Bank”ın sponsorluğu ilə “Agile Azerbaijan...
Son Xeberler
“Meetups by PASHA Bank” layihəsinə yenidən start v...
Edumap.az Təhsil Portalı
Bakıda Boksçularımız Triumf Eddi
Son Xeberler
Bakıda Dünya Çempionatı Keçiriləcək
Bugun.az
Mikayıl Mirzəzadənin məqaləsi dünyanın nüfuzlu KİV...
Bugun.az
Vüqar Həşimov Memorialında Çempion Müəyyənləşdi
Son Xeberler