🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ançelotti Ronaldo və Messi arasında seçimini etdi

05.02.2025 18:25 28 baxış sayı 1 dəq. oxuma
Ançelotti Ronaldo və Messi arasında seçimini etdi

Karlo Ançelotti Kriştiano Ronaldonun özünü tarixin ən yaxşı futbolçu adlandırması fikrinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o, Ronaldonun fikirlərini dəstəkləyib. Ançelotti bildirib ki, Ronaldo təkcə Lionel Messidən deyil, Pele və Dieqo Maradonadan da üstün futbolçudur.

Qeyd edək ki, Kriştiano Ronaldo özünün tarixin ən yaxşı futbolçusu olduğunu ifadə edib. O, "Futbol tarixinin ən yaxşı futbolçusu olduğumu hesab edirəm. Özümdən daha yaxşı futbolçu görməmişəm. İnsanlar Pele, Maradona və ya Messiyə üstünlük verə bilər, bunu başa düşürəm və hörmət edirəm, amma Kriştianonun bütün bacarıqlara sahib olmadığını söyləmək ədalətsizlikdir. Mən heç vaxt özümdən daha yaxşı oyunçu görməmişəm. Baş zərbələri, penaltilər, sərbəst vuruşlar... Meydanda hər şeyi yaxşı edirəm, güclüyəm. Mən hər iki ayaqla oynaya bilirəm” -deyə bildirib.

Paylaş: