
Ardanı istəyən Avropa nəhəngi bilindi

"Mançester Yunayted" "Real Madrid"in ulduzu Arda Güleri transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, Madrid klubu Ardanın transferinə razılıq vermək istəməsə də, "Mançester Yunayted" cəhdlərə başlayıb. İspaniya mətbuatında dərc edilən xəbərlərə görə, “Real” Arda ilə bağlı qəti mövqe sərgiləyib. “Real”ın prezidenti Florentino Peres Ardanı satmaq istəmir. Lakin Ardanın sərbəst qalma haqqı ödənilərsə, o göndərilə bilər. Onun müqaviləsində sərbəst qalma maddəsi olmasa da, bu rəqəmin təxminən 50 milyon avro olduğu bildirilir. Bu məbləğin danışıqlar yolu ilə daha da artırıla biləcəyi vurğulanıb.
Qeyd edək ki, Arda Gülerin “Real”la müqaviləsi 2029-cu ildə yekunlaşır.
Oxşar xəbərlər

"Real" Ardanı bu futbolçuya görə fəda edir - Böyük...
Bugun.az

Arda ehtiyatda qalmaqdan usandı - 70 milyona razıl...
melumat.tv

Mourinyo Arda Güler Transferi üçün "Real"a Təzyiq...
Bugun.az

"Qalatasaray"ın istədiyi ulduz futbolçu bilindi -...
Bugun.az

Bakıda intihar edən gəncin kimliyi bilindi
Son Xeberler

Osimhenin "Qalatasaray" Macərası Qısa Müddətli Ola...
Son Xeberler