Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Avropa Ukraynaya ordu göndərə bilər

03.03.2025 19:25 102 baxış sayı 1 dəq. oxuma Metbuat
Avropa Ukraynaya ordu göndərə bilər

London Ukraynaya qoşun göndərilməsinin tərəfdarıdır.

Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer belə açıqlama verib. O İcmalar Palatasındakı çıxışında bildirib ki, Böyük Britaniya Ukraynaya qoşun göndərilməsini dəstəkləyir. "Böyük Britaniya lazım gəldikdə Ukraynaya müttəfiqləri ilə birlikdə quru qoşunları və təyyarələrin göndərilməsində aparıcı rol oynayacaq" deyən Starmer, bu cür missiyaların uğurlu olması üçün ABŞ-nin güclü dəstəyinin də vacib olduğunu vurğulayıb. Britaniyanın baş naziri həmçinin əlavə edib ki, Vaşinqtonun dəstəyi olmadan Avropa ölkələri Kiyevə etibarlı təhlükəsizlik zəmanəti verə bilməyəcək.

Starmer qeyd edib ki, Avropa sülh əldə edildikdən sonra Ukraynaya silah tədarükünü davam etdirəcək.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: