
Şimali Koreya Ukraynaya Qoşun Göndərə Bilər

Şimali Koreyanın Ukraynaya qoşun göndərəcəyi barədə şayiələr gündəmdədir.
Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun, Şimali Koreyanın Rusiyaya dəstək üçün Ukraynaya qoşun yeridə biləcəyini iddia edib. O, parlamentdəki açıqlamasında, Şimali Koreyanın Rusiya ilə imzaladığı "hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi"nə əsasən Ukraynaya qoşun göndərə biləcəyini bildirib.
Kim həmçinin Donetsk vilayətindəki qarşıdurmalar zamanı Ukraynanın raket hücumu nəticəsində 6 Şimali Koreya əsgərinin həlak olması ilə bağlı xəbərlərin doğru ola biləcəyini qeyd edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl Şimali Koreyaya rəsmi səfər edib və iki ölkə arasında "hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi" imzalanıb.
Etiketlər
Oxşar xəbərlər

Savaş meydanı böyüyür
Xəbər Anı

Pxenyanın Rusiyaya əsgər göndərməsinə Seuldan sərt...
Bugun.az

Şimali Koreya Ukrayna Müharibəsində Rusiyaya Yardı...
Bugun.az

Avropa Ukraynaya ordu göndərə bilər
Bugun.az

Qərb Ukraynaya qoşun göndərməyəcək - KİV
Bugun.az

Şimali Koreya lideri vəfat etdi - Rəsmən açıqlanır
Anar Türkeş