🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir - Nazir müavini

14.03.2025 10:25 5 baxış sayı 2 dəq. oxuma
Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir - Nazir müavini

Dəyişən dünyada ənənəvi dəyərlər elə biz danışdığımız zamanda da pozulur, məhv edilir. BMT-nin nizamnaməsinə uyğun gəlməyən halları görməkdəyik. Azərbaycan uzun illər Ermənistanın hərbi təcavüzündən əziyyət çəkmişdir. Biz Türkdilli Dövlətlərin Təşkilatını qurmuşuq. Hər il bu təşkilat güclənir. Qoşulmama Hərəkatı aparıcı platforma kimi çıxış edir. Bu hərəkat BMT-dən sonra ikinci böyük təşkilat hesab olunur. Dünyada isə münaqişələr səngimir. Belə bir vaxtda Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov XII Qlobal Bakı Forumunun ikinci günündə baş tutan "Yeni dünya düzənində orta güclər" adlı panel sessiyada çıxış edərkən deyib.

Nazir müavini ölkələrin müstəqil qərar qəbul etmək iqtidarında olmasını vacib amil hesab edir. Bildirib ki, ölkələr milli maraqlarını üstün tutmalıdır: "Həmçinin iqtisadi müstəqillik olmadan özünüzü müdafiə edə bilməzsiniz, əgər dünyada öz yerinizi müəyyən etmək istəyirsinizsə, birmənalı olaraq güclü iqtisadiyyatınız olmalıdır", - deyə E.Məmmədov qeyd edib.

Paylaş: