Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycan güləşçiləri beynəlxalq yarışın ilk günündə 4 medal qazandı

06.09.2025 21:25 17 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycan güləşçiləri beynəlxalq yarışın ilk günündə 4 medal qazandı

Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasının ilk günündə 4 medal qazanıblar.

Bu barədə Metbuat.az-a federasiyadan məlumat verilib.

"Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışlarda bu gün 6 çəkidə mübarizə baş tutub. Yunan-Roma güləşçilərimizdən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Ramik Heybətov (74 kq) üçüncü yeri tutub.

Universiadada güləş yarışlarına sabah yekun vurulacaq.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: