Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Azərbaycanda beynəlxalq yük daşımaları kəskin azalıb

25.01.2025 13:25 125 baxış sayı 1 dəq. oxuma Metbuat
​Azərbaycanda beynəlxalq yük daşımaları kəskin azalıb

2024-cü ildə Azərbaycanda hava nəqliyyatı ilə 5 milyard 552 milyon ABŞ dolları dəyərində 79 min 211 ton beynəlxalq yük daşımaları həyata keçirilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 2,8 dəfə çox və 20,5 % azdır.

Ötən il hava nəqliyyatı ilə 346,7 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 1,8 % çox) dəyərində 64 min 500 ton (25,6 % az) yük ixrac olunub, 5 milyard 205,3 milyon ABŞ dolları (3,3 dəfə çox) dəyərində 14 min 711 ton (14,1 % çox) yük idxal edilib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: