Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları məlum olub

10.10.2025 10:25 27 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları məlum olub

Bu ilin sentyabr ayında Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İlin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, balıq və balıq məhsullarının, yumurtanın, xamanın, kəsmiyin, kərə yağının, armudun, şaftalının, qozun, fındığın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə limonun, bananın, almanın, üzümün, soğanın qiymətlərində müşahidə olunub.

    Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    A
    Gənclik və trendiər müxbiri

    Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

    Bütün məqalələrə baxın
    Paylaş: