Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları artıb

15.05.2025 10:25 59 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 103,7 min sərnişin və ya 9,6 % çoxdur.

Hesabat dövründə hava yolu ilə daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bu ilin yanvar-aprel aylarında bu nəqliyyat növü ilə yükdaşıma 2 % və ya 2,6 min ton artaraq 130,1 min ton olub.

Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən daşınan yüklərin həcmi 76,1 milyon ton olub. Yüklərin 0,2 %-i hava yolu ilə danışıb.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: